XƏBƏRLƏR

http://muallim.edu.az/content/?category=arxiv&issue=44-2017&content_id=27#.Whiinxr8rqt.google


                                              Parvana Piriyeva adlı şəxsin şəkli.
Qrant müsabiqəsi üzrə qalib layihələr İmtahanöncəsi psixoloji gərginliyin azaldılmasına dəstək
17.11.2017 / No44

 
 


Davamlı tədbirlər keçirilməsi məqsədilə könüllülər seçilib

Pərvanə PİRİYEVA,
İsmayıllı şəhər İ.Həsənov adına 1 nömrəli tam orta məktəbin ingilis dili müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi, layihənin rəhbəri

Noyabrın 11-də İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbdə “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş “Şagirdlərin imtahanöncəsi psixoloji gərginliyinin azaldılmasına dəstək” layihəsi çərçivəsində növbəti təlim keçirilib. Təlimdən öncə şagirdlərin təşviş və həyəcanının səviyyəsinin ölçülməsi üçün test aparılıb.

Layihənin həyata keçirilməsində əsas məqsəd 11-ci sinif şagirdlərinin imtahanöncəsi psixoloji cəhətdən hazırlığı, stresin və həyəcanın dəf olunması və onlarda özünə inam hissinin artırılmasıdır.

Təlimdə məktəbin direktoru E.Məmmədov, direktor müavini E.Babayev, təlimçi, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi L.Babayeva, məktəbin psixoloqu B.Zümrüd və 11-ci sinif şagirdləri iştirak ediblər. Təlimə şəhər 1 nömrəli tam orta məktəbin Azərbaycan və rus bölmələrinin könüllüləri A.Səfərova, A.Piriyev, L.Hacızadə, A.Ələskərli də qatılıblar. Bu könüllülər artıq layihə çərçivəsində yaradılmış “Gənc psixoloqlar” mərkəzinin üzvləridir. Təlim məktəblilər tərəfindən rəğbətlə qarşılanıb. Layihənin davamlılığı ilə maraqlanan şagirdlər bloq ünvanımızı qeyd edib və mütəmadi olaraq əlaqə saxlamaq istəklərini bildiriblər. Layihə çərçivəsində növbəti təlimin təşkili və yüksək həyəcana malik şagirdlərin valideynləri ilə müvafiq iş aparılması noyabrın 25-nə planlaşdırılıb.

Həyata keçiriləcək layihə çərçivəsində rayonun tam orta məktəblərində təlimlərin təşkili nəzərdə tutulur ki, bununla da 300 abituriyent imtahanqabağı həyəcanına qalib gələ biləcək və uğur qazanacaq. Eyni zamanda hər bir təhsil müəssisəsində davamlı təlimlər keçirilməsi məqsədi ilə könüllülər seçilərək “Gənc psixoloqlar” mərkəzi yaradılıb. Artıq internet bloq istifadəyə verilib, görülən işlər həmin internet səhifəsində öz əksini tapacaq. Bununla yanaşı, digər pedaqoji işçiləri və gəncləri bu sahədə məlumatlandırmaq və fəallaşdırmaq məqsədilə keçiriləcək aksiyada hazırlanmış maarifləndirici, informativ bukletlərin paylanılması, “Abituriyentin dostu” adlı kitabçanın çap olunması, ictimai əlaqələr sahəsində işlərin görülməsi də nəzərdə tutulub.

Layihənin ictimaiyyətə təqdimatı oktyabrın 21-də İsmayıllı şəhər İ.Həsənov adına 1 nömrəli tam orta məktəbdə baş tutub. Oktyabrın 26-da layihədə iştirak edəcək şagirdlərlə həyəcan və təşvişin ilkin diaqnostikası, psixoloji test-sorğu keçirilib. Sonra 1 nömrəli tam orta məktəbdə ilk təlim, müvafiq olaraq 7 nömrəli tam orta məktəbdə və E.Məmmədov adına 3 nömrəli məktəb-liseydə təlimlər təşkil olunub.

Təlim məktəbin abituriyentləri üçün imtahanöncəsi gərginlikdən necə can qurtarmaq barəsində maraqlı diskussiya, yarış və oyunlardan ibarət olub. Təlim zamanı şagirdlər üçün vizuallaşdırma yolu ilə keçirilən “10 il sonra Mən” başlıqlı fəaliyyət onlarda böyük maraq yaradıb. Daha sonra əvvəlcədən keçirilmiş və psixoloq rəyi əsasında müəyyən olunmuş həyəcan və təşviş sorğusunun nəticələrinə görə daha çox həyəcana malik olan abituriyentlərlə müvafiq iş aparılıb.

Fərdi kateqoriyada qalib olmuş layihənin icra müddəti 3 ay- sentyabrın 22-dən- dekabrın 22-dəkdir.

Комментарии

Популярные сообщения из этого блога

Layihə cəmiyyət üçün faydalı olacaq