Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə
inkişaf və innovasiyalar üzrə 1-ci Qrant müsabiqəsinin qalibi "Şagirdlərin
imtahanöncəsi psixoloji gərginliyinin
azaldılmasına dəstək" layihəsi çərçivəsində 26.10.2017-ci il tarixdə İsmayıllı şəhər İ.Həsənov adına 1 saylı tam
orta məktəbində layihə rəhbəri P.Piriyeva və məktəbin psixoloqu Mehriban
Quliyeva tərəfindən 11-ci sinif şagirdləri ilə yazılı psixoloji sorğu keçirildi.Sorğu abituriyentlərin təşviş və həyəcanının ilkin
diaqnostikasının təyin edilməsi məzmununda aparıldı. Respublikamızda təhsil sahəsində aktual mövzulardan
biri olan imtahanqabağı stress,qayğılar, depressiya, yorğunluq,
gərginlik abituriyentlərin üzləşdiyi əsas
problemlərdən biridir. Hər il orta məktəb məzunlarının təxminən 70 faizi
(abituriyent) ali və orta ixtisas məktəblərinə qəbul olmaq üçün imtahan verir.
Bu zaman abituriyentlərin "ailə
içindəki məsuliyyəti" daha
çox artır. Onlar imtahanı necə
verəcəkləri haqqında deyil, ailədə
valideyinlər tərəfindən , məktəbdə müəllimlər
tərəfindən nəticələrin necə qarşılanacağı haqqında daha çox
düşünürlər və bu da
abituriyentlərin imtahanda göstərdiyi nəticələrə mənfi təsirsiz ötüşmür.
Bəzi abituriyentlər imtahanı həyatlarının həlledici mərhələsi sayırlar və ali məktəbə
qəbul ola bilməmək qorxusu onların psixoloji durumunda dominantlıq(üstünlük)təşkil
edir.Bu məqsədlə aparılan diaqnostik sorğunun nəticələrinə əsasən abituriyentlərin
həyəcan və təşviş səviyyəsi psixoloq tərəfindən yoxlanılıb təyin edildikdən
sonra şagirdlər təlimlərə cəlb olunacaqlar.
Layihə cəmiyyət üçün faydalı olacaq
Layihə cəmiyyət üçün faydalı olacaq Layihə cəmiyyət üçün faydalı olacaq Yazar Ismayilli // 20 noyabr 2017 // 2017 noyabr 17 // Oxunub 41 // şərhlər 0 21 oktyabr 2017-ci il tarixdə İsmayıllı rayon İ.Həsənov adına 1 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi” çərçivəsində həyata keçirilən “Şagirdlərin imtahan öncəsi psixoloji gərginliyinin azaldılmasına dəstək” adlı layihə ictimaiyyətə təqdim olunub. Dəyirmi masa tədbirində İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev, baş məsləhətçi Gülər Baxışova, Rayon Təhsil Şöbəsinin metodisti, Əməkdar müəllim Şəfaqət Rəsulov, layihənin eksperti, Demokratik Gənclər Birliyinin sədri, Peşəkar Təlimçilər Akademiyasının direktoru Ramil Süleymanov, 1 nömrəli tam orta məktəbinin direktoru Gündüz Qədirov, 7 nömrəli tam orta məktəbinin direktoru, fəlsəfə doktoru Etibar Abdulov, Azərbaycan Respublikas...
Комментарии
Отправить комментарий