TƏLİMLƏRİMİZ


Təlimlərə start verdik.





                                                                      
                                          
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə  1-ci  Qrant müsabiqəsinin qalibi "Şagirdlərin imtahanöncəsi  psixoloji gərginliyinin azaldılmasına dəstək"  layihəsi çərçivəsində 28.10.2017-ci il tarixdə  İsmayıllı şəhər İ.Həsənov adına 1 saylı tam orta məktəbində layihə rəhbəri Pərvanə Piriyeva və layihənin təlimçisi Bakı  Özəl İdrak Məktəbinin təlimçisi Sona Həmzəyeva ilk təlimə start verdilər.Təlim şəhər 1 saylı məktəbin abituriyentlərinə imtahanöncəsi gərginlikdən necə  can qurtarmaq barəsində maraqlı disskussiya, yarış və oyunlardan təşkil olunmuşdu.Təlim zamanı  11-ci sinif şagirdlərinin vizualizasiya yolu ilə keçirilən “10 il sonra Mən” başlıqlı  fəaliyyət i onlarda böyük maraq yaratdı.Hər bir iştirakçı ayrı-ayrılıqda müzakirədə iştirak etdi.Daha sonra əvvəlcədən keçirilmiş və psixoloq  rəyi əsasında müəyyən olunmuş həyəcan və təşviş sorğusunun nəticələrinə görə aşırı həyəcana malik olan abituriyentlərlə müvafiq iş aparıldı. Çay fasiləsi zamanı şagirdlər  arasında mehriban ünsiyyət  yarandı.Sonda təlim iştirakçıları arasından layihənin davamlılığını təmin etmək məqsədi ilə könüllülər seçildı.

Комментарии

Популярные сообщения из этого блога

Layihə cəmiyyət üçün faydalı olacaq